FAQ

Üzv olmadan tədbirlərinizdə müşahidəçi/dinləyici kimi iştirak etmək mümkündürmü?

Tədbirlərimizdə yalnız AGTA üzvləri iştirak edə bilərlər.

AGTA-da hansı üzvlük kateqoriyaları var?

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının üzvlüyünə qəbul 8 kateqoriya üzrə həyata keçirilir: a) Daimi üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, (3) Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan üzvlər; b) Müxbir üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığı və ya daimi yaşayış icazəsi olmayan üzvlər; c) Həmkar üzv – tərcümə fəaliyyəti ilə məşğul olan, daimi üzlük üçün göstərilən (1) və ya (2) kriteriyalara cavab verməyən, lakin Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən üzvlər. Həmkar üzvlər göstərilən kriteriyalara cavab verdikdən sonra Daimi və ya Müxbir üzv seçilə bilər. ç) Tələbə üzv – tərcümə, filologiya, dilçilik və digər əlaqəli sahələrdə əyani və ya qiyabi təhsil alan hər bir şəxs Tələbə üzv ola bilər. Tələbə üzvlük statusu maksimum 6 il saxlanıla bilər. d) Gənc-üzv – Xarici dil bilikli, 18 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan istənilən gənc Assosiasiyaya üzv ola bilər. e) Məsləhətçi üzv – Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən, tərcümə fəaliyyəti ilə məşğul olmayan, xarici dil biliyi olmayan üzvlər; f) Kollektiv üzv – tərcümə və ya dilçilik sahəsində maraqlı olan kommersiya və qeyri-kommersiya təşkilatları; Kollektiv üzv Assosiasiya üzrə bir nümayəndə təyin edir. h) Fəxri üzv – (1) Assosiasiyanın inkişafında, və ya (2) tərcümə və dilçilik sahəsində xidmətləri olan, Ümumi Yığıncağın üçdə-iki səs çoxluğu ilə seçilmiş üzvlər;

AGTA-nın dövət qeydiyyatı varmı?

Bəli, AGTA 29 noyabr 2012-ci ildə qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

İşə düzəlməyə kömək edirsiz?

AGTA üzvlərinin işlə təminatı üçün Məşğulluq Komitəsi yaradılmışdır. Komitə yalnız fəal, perspektvli üzvlərin işlə təmin edilməsinə yardım edir. Kənar müraciətlərə baxılmır.

Üzvlük üçün nə tələb olunur?

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının üzvlüyünə qəbul 8 kateqoriya üzrə həyata keçirilir: a) Daimi üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, (3) Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan üzvlər; b) Müxbir üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığı və ya daimi yaşayış icazəsi olmayan üzvlər; c) Həmkar üzv – tərcümə fəaliyyəti ilə məşğul olan, daimi üzlük üçün göstərilən (1) və ya (2) kriteriyalara cavab verməyən, lakin Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən üzvlər. Həmkar üzvlər göstərilən kriteriyalara cavab verdikdən sonra Daimi və ya Müxbir üzv seçilə bilər. ç) Tələbə üzv – tərcümə, filologiya, dilçilik və digər əlaqəli sahələrdə əyani və ya qiyabi təhsil alan hər bir şəxs Tələbə üzv ola bilər. Tələbə üzvlük statusu maksimum 6 il saxlanıla bilər. d) Gənc-üzv – Xarici dil bilikli, 18 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan istənilən gənc Assosiasiyaya üzv ola bilər. e) Məsləhətçi üzv – Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən, tərcümə fəaliyyəti ilə məşğul olmayan, xarici dil biliyi olmayan üzvlər; f) Kollektiv üzv – tərcümə və ya dilçilik sahəsində maraqlı olan kommersiya və qeyri-kommersiya təşkilatları; Kollektiv üzv Assosiasiya üzrə bir nümayəndə təyin edir. h) Fəxri üzv – (1) Assosiasiyanın inkişafında, və ya (2) tərcümə və dilçilik sahəsində xidmətləri olan, Ümumi Yığıncağın üçdə-iki səs çoxluğu ilə seçilmiş üzvlər;

Tərcüməçi hazırlayırsız?

Tərcüməçi hazırlığı ilə birbaşa ali təhsil müəssisələri məşğul olur. Lakin biz praktiki tərcümə vərdişlərinin qazanılmasına kömək edirik.

İngilis dili öyrədirsiz?

Xeyr, xarici dilin öyrədilməsi ilə məşğul ola bilərik. Lakin xüsusi tələbat olan sahələrdə xarici dilin öyrədilməsi ilə bağlı layihələrin həyata keçirilməsi istisna olunmur.

AGTA-ya necə üzv olmaq olar?

Üzv olmaq üçün: 1) Onlayn müraciət formasını doldurun: https://docs.google.com/spreadsheet/viewform?formkey=dGo3T0Q3WjNkQVpTSkdEU0tId19rZXc6MA#gid=0) 2) Bizim nümayəndəmiz sizinlə əlaqə saxlayıb, sizi ofisimizə dəvət edəcək. Siz ofisimizdə üzvlük anketini imzalamaqla üzvlüyə qəbul edilmiş olursunuz.

AGTA nə vaxt yaradılıb?

AGTA 30 sentyabr 2011-ci il tarixdə Beynəlxalq Tərcümə Günündə İsmayıl Cəbrayılovun təşəbbüsü ilə bir qrup gənc tərcüməçi tərəfindən təsis edilmişdir. 6 oktyabr 2011-ci ildə təşkilat ictimaiyyətə təqdime edilmişdir: http://www.youtube.com/watch?v=kV_aEcxynL8&list=PL703C9D92E6E4AFFA&index=2
close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button