Loading Events

« All Events

  • This event has passed.

Beynəlxalq Tərcüməçilər Federasiyasının XX Ümumdünya Konqresi

04/08/2014 - 06/08/2014

Hər üç ildən bir Beynəlxalq Tərcüməçilər Federasiyası (Fédération Internationale des Traducteurs) müxtəlif ölkələrin tərcümə sahəsinin nümayəndələrini beynəlxalq konqresə dəvət edir. 2008-ci ildə Şanxayda və 2011-ci ildə San Fransiskoda uğurla keçirilmiş tədbirlərin ardından 4-6 avqust, 2014-cü il tarixində Berlində Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) 20-ci Ümumdünya Konqresi keçiriləcək. Ümumdünya Konqresi tərcümə peşəsinin mütəxəssisləri üçün beynəlxalq səviyyədə görüş yeri olacaq. Bu forum təcrübə mübadiləsi, bacarıqların artırılması və şəbəkə işi üçün təşkil edilir. Konqresin hədəfi şifahi və yazılı tərcüməçilər, terminoloqlar və onların müştəriləri, dövlət orqanlarının nümayəndələri, universitet müəllimləri və tələbələrdir.

İnsan yoxsa maşın
Konqresin ümumi mövzusu “İnsan yoxsa maşın? Yazılı, şifahi tərcüməçilər və terminoloqların gələcəyi”dir. Həmin mövzu ətrafında bu peşənin istiqamətləri və inkişafı, tərcübəçilərin hal-hazırda üzləşdiyi problemlərlə bağlı dünya mütəxəssisləri tərəfindən təqdimatlar, ekspert müzakirəsi və seminarlar keçiriləcək. Konqres Alman, İngilis və Fransız dilində keçirilir. Təqdimatların və ekspert müzakirələrinin çox hissəsi tərcümə ediləcək.

Təqdimatların maksimum davametmə müddəti 30 dəqiqədir. Bir çox hallarda 3-4 təqdimatdan sonra qısamüddətli müzakirə imkanı verilir.
Ekspert müzakirələri 90 dəqiqə davam edir. Eskpertlər və dinləyicilər öz peşəkar təcrübələrindən çıxış edərək cari mövzu ətrafında fikirlərini bölüşürlər.
Seminarlar mövzudan asılı olaraq 90-180 dəqiqə davam edir və fərdi məsələlər ətrafında daha intensiv təhlillərin aparılmasına imkan verir.
Referat göndərmək istəyirsiz? Sizin təkliflərinizi gözləyirik.

Peşəkar əlaqələrin yaradılması
Konqreslə birlikdə keçirilən ticarət sərgisi və iş mübadiləsi proqramı yekunlaşdırır və dünya üzrə peşəkar əlaqələrin yaradılması üçün əlavə imkanlar verir.
Ticarət sərgisi iki mərtəbəni əhatə edəcək. Burada yazılı, şifahi tərcümə və terminologiya işində istifadə olunan alət və xidmətlərə ümumi baxış keçirmək mümkün olacaq.
Konqres iştirakçıları öz sual, arzu və istəklərini baş idarəetmə personalı ilə təmsil olunan təşkilatçılara birbaşa vermək imkanına malik olacaqlar.
Təchizatçılar öz məhsullarının iştirakçıları ilə şəxsən görüşmək və praktik təkliflər qəbul etmək kimi nadir imkan əldə edəcəklər.
Ticarət sərgisində məhsul və xidmətlərinizi təqdim etmək istəyirsinizmi? info@fit2014.org ünvanı ilə bizimlə əlaqə yaradın.

İş mübadiləsi FİT Dünya Konqresi iştirakçıları üçün xüsusi xidmətdir.
Xüsusi sərgi bölməsində potensial işəgötürənlər və ya müştərilər özlərini yazılı, şifahi tərcməçilərə və terminoloqlara təqdim edəcəklər. Bu sənayedə yeni olanlar peşəkar həyata ilk addımlarını ata, peşəkarlar isə öz bacarıqlarını təşviq edə bilərlər. İş mübadiləsində təmsil olunmaq istəyirsiniz? info@fit2014.org ünvanı ilə bizimlə əlaqə yaradın.

FİT 20-ci Dünya Konqresinin rəhbəri Aİ Təhsil, Mədəniyyət, Multilinqvizm və Gənclik üzrə Komissarı Androulla Vassilioudur. Təşkilatçı BDÜ Almaniya şifahi və yazılı tərcüməçilər Assosiasiyasıdır. FİT 20-ci Dünya Konqresinin keçirildiyi yer: Henri Ford binası, Freie Universität, Berlin. Tədbir haqqında daha ətraflı məlumatı FİT 2014-cü il 20-ci Dünya Konqresinin vebsaytında tapa bilərsiniz. FİT 20-ci Dünya Konqresini qaçırmayın!
Dünyanın yazılı, şifahi tərcüməçiləri və terminoloqları ilə görüşün. Peşədə hal-hazırda mövcud olan məsələəlri onlarla müzakirə edin. Şəbəkənizdə fəaliyyət göstərən əməkdaşlarla şəxsən tanış olun. Şəbəkənizi genişləndirin və beynəlxalq əlaqələr yaradın. Müxtəlif yeni həvəsləndirici ideyalarla bölüşün, dil mütəxəssisləri üçün nəzərdə tutulmuş tədbirləri də özündə birləşdirən üç günlük konqresdən yararlanın.
FİT Dünya Konqresi yeni əməkdaşlarla görüşmək və ya mövcud əlaqələrinizi yeniləməklə əla şəbəkələşmə imkanları verir.
Təcrübə mübadiləsi apara bilərsiniz, fasilələr zamanda, qəbul zamanı və ya axşam tədbirlərində yeni əlaqələr yarada bilərsiniz.
FİT Dünya Konqresində iştirak etmək istəyirsiniz? 01 yanvar, 2014-cü il tarixindən başlayaraq www.FIT2014.org saytında qeydiyyat açıqdır. Bizim xəbərlər bülletenimizə indi abunə olub bütün son məlumatlardan xəbərdar ola bilərsiniz. Erkən qeydiyyatdan yararlanın

FİT Dünya Konqresindən nələr gözləyə bilərsiniz?
FİT Dünya Konqresi dil sektorunun bütün iştirakçılarını – yazılı və şifahi tərcüməçilər, terminoloqlar, tələbələr və müəllimlər, tərcümə sahisəində yeni olanlar və təcrübəli mütəxəssislər, məhsul və xidmət təchizatçılarını, peşəkar dil xidmətinin vacib olduğu kəsləri – bir yerdə toplayır.
Qeydiyyat
FİT 20-ci Dünya Konqresi üçün onlayn qeydiyyat 6 yanvar, 2014-cü ildən başlamışdır. Onlayn müraciət formasını vebsaytda tapa bilərsiniz.
Konqres qeydiyyat haqları aşağıdakı kimidir:
Erkən qeydiyyat haqqı
(30 aprel, 2014-cü ilə qədər qeydiyyat və ödəmə, avro) 30 aprel, 2014-cü ildən sonra qeydiyyat və ödəmə, avro
FİT filiallarının üzvləri*,
spikerlər və ekspertlər 360 460
Qeyri-üzvlər 495 700
Güzəştli qiymət**: tələbələr, fiziki qüsurlu şəxslər 150 240
* FİT filial üzvləri üçün güzəştli qeydiyyat haqqı həmçinin BDÜ üzvlərinə və BDÜ-nün köməkçi üzvlərin işçilərinə də şamil edilir.
** Tələbələr üçün nəzərdə tutualn güzəşt 70% fiziki qüsurlu insanlara da şamil edilir. Qeydiyyatdan sonra tələbə kartının və ya fiziki qüsurluluq vəsiqəsinin elektron surətini service@bdue.de ünvanına göndərin.

Göstərilən qeydiyyat haqlarına ƏDV (19%), Konqresin bütün 3 günü ərzində konfransda, ticarət sərgisində və iş mübadiləsində iştirak, konqresin keçirildiyi məkanda qəlyanaltı və qidalanma xərcləri daxildir.
Ödəmələr bütün 3 günlük iştirakı nəzərəd tutur və bir günlük iştirak qəbul edilmir.
Maraqlandınız?
Konqres tədbirlərini Youtube-dan 2009 BDÜ konfransına dair qısa filmdən izləyə bilərsiniz. Sonrakı video və audio təqdimatları BDÜ vebsaytının media kitabxanasından tapa bilərsiniz.

Details

Start:
04/08/2014
End:
06/08/2014
Website:
http://www.fit2014.org

Organizer

International Federation of Translators
Website:
www.fit-ift.org

Venue

Freie Universität Berlin
Henry-Ford-Bau Garystraße 35 14195 Berlin-Dahlem
Berlin,
Website:
www.fit2014.org
close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button