AGTA Şərq Dilləri Mərkəzinin təqdimatı keçirilib

IMG_4996

Oktyabrın 31-də AGTA-nın yeni yaradılmış Şərq Dilləri Mərkəzinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan AGTA sədri İsmayıl Cəbrayılov Mərkəzin yaradılma zərurəti barədə danışıb və Mərkəzin direktoru Şahin Yusifli və onun müavini Mirəli Ağayevi təqdim edib. Daha sonra Şahin Yusifli Mərkəzin yaradılması məqsədləri, görəcəyi işlər barədə qonaqları məlumatlandırıb. Mirəli Ağayev Azərbaycanda Şərqşünaslığın tarixindən, ali təhsil müəssisələrində Şərq dillərinin tədrisindən bəhs edib.

Tədbirdə iştirak edən İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Mərkəzin yaradıcılarına müvvəffəqiyyət arzulayaraq daha yaxın əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.

Xəzər Universitetinin müəllimi Nadir Şəfiyev ölkədə şərq dillərinin tədrisi metodikasından bəhs edərək, Mərkəzə bu istiqamətdə fəaliyyətində uğurlar arzu edib.

Çıxışlardan sonra Şərq ölkələrinin mədəniyyəti barədə video çarx nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Şərq Dilləri Mərkəzinin məqsədi yaxın və orta, eləcə də uzaq şərq dilləri üzrə tərcüməçi xidməti göstərən şəxslərin, bu dillər üzrə ixtisaslaşan dilçilərin peşəkar inkişafına və peşəkar fəaliyyətinə dəstək  göstərməkdən ibarətdir.Mərkəzin fəaliyyət istiqamətlərinə Şərq dilləri üzrə tərcüməçilərin, dilçilərin hazırlığının yüksəldilməsi, Şərq dilləri üzrə təhsil alan istedadlı gənclərə praktiki dəstəyin göstərilməsi, Şərq dillərinin tədrisinin yüksəldilməsinə dəstəyin göstərilməsi, Şərq dillərinə və ədəbiyyatına gənclər arasında marağın artırılması daxildir.

We cannot display this gallery

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button