AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvü seçilib

s1

Bu gün – avqustun 2-də Beynəxalq Tərcüməçilər Federasiyasının 3 ildən bir keçirilən Ümumi Konqresi artıq start götürüb.

2012-ci ildən bu təşkilatın müşahidəçi üzvü statusuna malik olan AGTA cari ilin fevral ayında daimi/tamhüquqlu üzvlük üçün vaxtından qabaq bu təşkilata müraciət etmişdir. Müraciət təşkilatın cari ilin mart ayında CAR-ın Yohannesburq şəhərində keçirilən illik toplantısında təsdiq olunmuş, nəhayət, bu gün Berlin şəhərində keçirilən Ümumi Konqresdə səsverməyə qoyulmuşdur. Səsvermənin nəticəsi uğurlu olmuş, AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) tamhüquqlu üzvü seçilmişdir.

AGTA sədri İ.Cəbrayılovun bildirdiyinə görə səsvermədən öncə o, BTF-in üzvlərinin suallarını cavablandırıb: “Müzakirələrdə namizəd üzvlər iştirak etmirdi. Yalnız müzakirələrin sual-cavab sessiyasında təşkilatla bağlı onları maraqlandıran suallara cavab verdim. Daha sonra yenə bizim iştirakımız olmadan anonim səsvermə keçirildi və növbəti dəfə zalda oturanda artıq tamhüquqlu üzv idik və səsvermə hüququmuz var idi. Azərbaycanı bu qurumda bu vaxta qədər layiqincə təmsil etmişik, ona görə də qəbul olunacağımıza şübhə etmirdim”.

Qeyd edək ki, AGTA 2012-ci ilin oktyabr ayından BTF-in müşahidəçi üzvü idi.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button