Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi başa çatmışdır

IMG_0988

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilən 1-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin final mərhələsi başa çatıb. 12-13 iyul tarilərində Gəncə şəhərində baş tutan final mərhələsində 25 gənc tərcüməçi mübarizə aparıb. Müsabiqənin nəticələri bir həftə sonra elan ediləcək.

Qeyd edək ki, Beynəlxalq Tərcüməçilər Federasiyasının təqvimində yer alan bu müsabiqə 3 turdan ibarət olub. Bakı şəhərində təşkil olunan 1 və 2-ci turlara 18-29 yaşlarında olan 100 nəfər qatılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkə səviyyəsində tərcümə sənətini təşviq etmək, perespektivli gəncləri üzə çıxarmaq və onların işlə təminatında köməklik göstərməkdir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button