1-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin 2-ci turu başa çatmışdır

m4

Azərbaycan Gənclər Fondunun dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilən 1-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin artıq 2-ci turu başa çatıb.

Iyul ayının 6-da keçirilmiş 2-ci tur əlli nəfər gənc tərcüməçinin iştirakı ilə baş tutub. Tədbirin əvvəlində peşəkar tərcüməçilərdən ibarət Münsiflər Heyəti 1-ci turda iştirakçıların etdikləri tərcümələrə əsaslanaraq ən çox yol verilən səhvlər barədə öz düzəlişlərini və tövsiyələrini gənc tərcüməçilərə çatdırmışlar. Daha sonra müsabiqə davam etmiş və tərcüməçilər şifahi tərcümənin ardıcıl növü üzrə sınağa çəkilmişlər.

Ölkə səviyyəsində son illərdə tərcümə sənətinə ayrılan diqqət fonunda keçirilən bu müsabiqənin məqsədi gənclər arasında tərcümə sənətini təşviq etmək, perspektivli gəncləri üzə çıxarmaqdır.

Qeyd edək ki, Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində artıq öz yerini tutan bu müsabiqədə gənclərin yazılı, ardıcıl və sinxron şifahi tərcümə bacarıqları yoxlanılacaq. Müsabiqənin son turu Gəncə şəhərində keçiriləcək.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button