AGTA ilə Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

dsc_3634

Azərbaycanda tərcümə sənətinin inkişafı, gənc tərcüməçilərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ilə tərcümə sahəsində nümunəvi təhsil verən ali təhsil ocaqlarından biri – Qafqaz Universiteti arasında bu gün (17 aprel) əməkdaşıq haqqında memorandum imzalanmışdır.

Memorandumun imzalanma mərasimi Qafqaz Universitetində baş tutmuşdur. Qafqaz Universitetinin rektoru Ahmet Saniç universitetdə tərcümənin tədrisi, tərcümənin müasir çağırışları barədə məlumat verərək, gənclər üçün təcrübə xarakterli tədbirlərin, təlim və seminarların, birgə layihələrin təşkilinin əhəmiyyətini vurğuladı. AGTA sədri İsmayıl Cəbrayılov təşkilatın məram və vəzifələri arasında tərcümə sahəsində təhsil alan tələbələrin dəstəklənməsinin xüsusi yer tutduğunu bildirərək, AGTA-nın bu sahədə Qafqaz Universiteti tələbələri üçün yeni imkanlar açacağına inamını ifadə etdi.

Qeyd edək ki, Qafqaz Universiteti və AGTA-nın bu memorandumla müəyyən edilən məqsədləri tərcümə, dilçilik və digər əlaqəli sahələrdə təhsil alan tələbələrin, eləcə də bu sahələrdə təhsilini başa vurmuş gənclərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin tərcümə və dilçilik sahələri ilə bağlı təşəbbüslərinin stimullaşdırılması və tərcümə sahəsində müxtəlif fəaliyyət və tədbirlərin təşkili və həyata keçirilməsidir.

We cannot display this gallery

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button