AGTA Bakutel-2013 sərgisində iştirak etmişdir

serg2

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2-5 dekabr 2013-il tarixində 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmişdir. Bu il Azərbaycanda “İKT ili”nə həsr olunan “Bakutel” sərgisi dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirmişdir.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə həyata keçirdiyi “VikiHərəkat” layihəsi də bu möhtəşəm sərgidə nümayiş etdirilmişdir.

Layihə sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur. Təmsilçilərimiz ziyarətçilərə layihə barədə ətraflı məlumat vermiş, onlara layihə məhsulları (“ Vikipediyaçının masaüstü kitabçası”, video dərslər, broşur və.s) təqdim edilmişdir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button