Bakı şəhərində “VikiTəlimçilərin təlimi” keçirildi

img_8293

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən VikiHərəkat çərçivəsində təlimlərə start verildi. Gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsinə yönələn ilk təlimlər sentyabrın 21-22-də, Bakı şəhərində keçirildi.

Xaçmaz, Lənkəran, Neftçala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionlardan olan iştirakçılar iki günlük təlim çərçivəsində Vikipediyanın müxtəlif aspektlərinə dair bacarıqlar əldə etmiş, öyrəndikləri nəzəri bilikləri praktiki tapşırıqlarla möhkəmləndirmişlər. Vikipediyanın Azərbaycan dili bölməsinin idarəçiləri tərəfindən keçirilən təlimdə təlim vəsaiti kimi “Vikipediyaçıların masaüstü kitabçası” istifadə edilmişdir.

Təlimçi Tərxan Paşazadə təlimlə bağlı fikirlərini “VikiHərəkat”-la bölüşdü: “Artıq RİTN-in dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının icra etdiyi “VikiHərəkat” layihəsi çərçivəsində ilk təlim başa çatmışdır. Bir təlimçi kimi şəxsən mənim üçün bu təlimin böyük əhəmiyyəti oldu. İştirakçıların vikipediyaya olan maraq və diqqətlərindən çox məmnun oldum. Bu təlim bir daha sübut etdi ki, Azərbaycanda virtual məkana, xüsusilə də Vikipediyaya böyük maraq var. Cəmiyyətimizin inkişafında vikilayihələrin rolu günü-gündən artmaqdadır. Çünki biz bu istiqamətdə fəaliyyətimizi könüllü olaraq böyük həvəs və zövqlə təkmilləşdirib, inkişaf etdiririk”

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button