Tərcüməçilər üçün məsləhətlər

tips

Bir çox insan hesab edir ki, tərcümə asan işdir və etməli olduqları iş sadəcə məxəz mətndən sözləri hədəf mətnin ekvivalent sözlərinə dəyişməkdir. Lakin, bu doğru deyil, çünki bəzi söz birləşmələri hərfi tərcümə olunarsa, heç bir məna ifadə edə bilməyəcək. Tərcümə bir çox faktorların – orijinal mətnin üslub və tərzinin, tərcüməçinin bacarığının, layihəyə ayrılmış vaxt və başqa amillərin nəzərə alınmalı olduğu çox mürəkkəb prosesdir. Onlayn və oflayn formada əldə edə biləcəyiniz çoxlu sayda faydalı tərcümə məsləhətləri var. Lakin hər tərcüməçinin təcrübə və vaxta əsaslanan öz etibarlı metod və üsulları var. Burada həm şifahi, həm də yazılı tərcümə üçün yararlı ola biləcək ən başlıca tərcümə məsləhətlərini ümumiləşdirdik.

Şifahi tərcümə məsləhətləri

Şifahi tərcümə (sinxron, ardıcıl və pıçıltı) tərcümənin ən çətin növü hesab olunur. Bu sahədə böyük nəticəyə nail olmaq üçün dilmancdan (a) fərqli sahələrdə yüksək səviyyədə istedada sahib olmaq, (b) tərcümə olunmuş mətni başa düşmək və ciddi analiz etmək, (c) mətndə əsas ünsürlərin necə vurğulanmasını bilmək, (d) öz söz ehtiyatını daima zənginləşdirmək və s. Tərcüməçinin çevik reaksiya, aydın tələffüz və parlaq zəka kimi şəxsi keyfiyyətləri də çox əhəmiyyətlidir.

Şifahi tərcümə ilə bağlı başlıca tövsiyələr:
Əvvəlcədən nitqin məzmunu ilə tanış olun.
Nitqin əsas məqamlarını qeyd edin – bu tərcümə zamanı sizə kömək olacaq.
Tərcümədən qabaq xüsusi terminlərin və açar sözlərin mənasını tərcümə edin və aydınlaşdırın.
Ardıcıl tərcümə zamanı özünüz və məruzəçi arasında dostyana münasibətlər qurun.
Sözləri açıq və aydın tələffüz etməyi unutmayın.
Çevik reaksiya verin və təzyiq altında işləməyə hazır olun.
Hədəf auditoriyaya məlumatı aydın çatdırın.

Yazılı tərcümə məsləhətləri
Yazılı tərcümə tərcümənin digər növlərindən tamamilə fərqlənir. Bir qayda olaraq, çevik reaksiya vermək ehtiyacı yoxdur – tələsmədən düşünə, daha yaxşı variantı seçə, lüğətdən istifadə edə, mütəxəssislə məsləhətləşə və s. bilərsən. Yazılı tərcümədə də məxəz dildə olan məna və ahəng olduğu kimi çatdırılmalıdır. Siz, həmçinin, dildə dəqiqliyi təmin etməli və üslübi xüsusiyyətləri düzgün çatdırmalısınız.

Yazılı tərcümə ilə bağlı başlıca tövsiyələr:

Sözləri deyil, mənanı tərcümə edin!
Təbii səslənməsi məqsədilə, tərcüməni nəzərdən keçirmək üçün mütəxəssisə və ya həmin dilin doğma daşıyıcısına təqdim edin.
Heç vaxt bacarıqlarınız daxilində olmadığını bildiyiniz sifarişləri layihələri qəbul etməyin.
Unutmayın ki, tərcümə vərdişləri və bacarıqları zamanla qazanılır.
Peşəkar tərcümə edərkən, dil nüansları mütləq nəzərə alınmalıdır.
Yaxşı tərcümə əldə etmək üçün kifayət qədər vaxt sərf etmək lazımdır.
Bir ölkədə sənədlərin təşkil olunması, sıralanması qaydaları başqa ölkə üçün anlaşıqlı olmaya bilər.

Tərcümə etdi: Fərrux Paşazadə

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button