YAXŞI TƏRCÜMƏNİN YEDDİ SİRRİ

123

Tərcümə sadəcə mexaniki bir iş deyil. O, məharət və bədii yanaşma tələb edir. Bütün qaydaları bilmək də kifayət etmir. Tərcüməni daha yaxşı etməyə nail olmaq üçün əlavə sirləri bilmək lazımdır. Aşağıdakı bəzi tövsiyələr tərcümənizin keyfiyyətini artırmağa və prosesi sadələşdirməyə kömək edəcək.

1. Yaxşı təchizat. Tərcüməyə başlamazdan əvvəl, tərcümənin gedişini asanlaşdıra biləcək bütün mühüm ləvazimatları əldə edin. İkidilli lüğətlər, ensiklopediyalar, elektron lüğətlər, idiom və jargonlar lüğəti xeyli yararlı ola bilər və əgər hər şeyi qabaqcadan hazırlasanız, vaxtınızın böyük hissəsinə qənaət edəcəksiniz.
2. Öncədən oxumaq. Sonrakı addım öncədən oxumadır. İşə başlamazdan əvvəl, bütün mətnləri oxuyun. Bu sizə ümumi məzmunu başa düşməyə və mətnin bəzi hissələrinin daha anlaşılan olmasına kömək edəcəkdir.
3. Mətnin üslubunu və yazılma məqsədini müəyyən edin. Bu tərcümənin üslubunu və gərəkli lüğəti seçməyinizə kömək edəcək.
4. Mənaya köklənin. Tərcümə etdiyiniz mətnin mənasına daha çox diqqət yetirin. Eyni fikir və ya məna çox müxtəlif formalarda ifadə edilə bilər və bu formalar müxtəlif dillərdə fərqlənə bilər.
5. Tərcümə etdiyiniz ifadələri tələffüz edin. İfadələri və ya mətnin daha uzun hissələrini səsləndirdiyiniz zaman, seçdiyiniz sözlərin və istifadə etdiyiniz qrammatik quruluşların uyğunluğunu yenidən yoxlaya biləcəksiniz.

6. Yenidən oxuyun. Yazdıqdan sonra hər cümləni bir dəfə də oxuyun. Bu, qrammatik və orfoqrafik səhvlərini düzəltməyinizə kömək edəcək. Üstəlik, tərcümə prosesi bitdikdən sonra, bütün cümlələrin kontekstə uyğun gəldiyini yoxlamaq üçün hər abzası və daha sonra tam mətni bir daha oxuyun.

7. Tərcümənizi yoxlamaq üçün həmin dilin doğma daşıyıcısına təqdim edin. Doğma dil daşıyıcısı gözünüzdən qaçan incəlikləri görəcək və mətniniz daha təbii səslənəcək

Müəllif: Darina Zaxarenko (Ukrayna)
Tərcümə etdi: Fərrux Paşazadə

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button