“Maliyyə mövzusunda tərcümə: Mövcud çətinliklər”

a2-SAM_2144

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası “Gənc tərcüməçilərə dəstək” layihəsinin ikinci mövsümündə keçirdiyi silsilə tədbirlərini davam etdirir. Mayın 12-də “Maliyyə mövzusunda tərcümə: Mövcud çətinliklər” adlı interaktiv seminar keçirildi. Gənc tərcüməçilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın aparıcı tərcüməçilərindən biri İsrafil Xakiyev maliyyə sahəsində termin qıtlığı, “bazar kəlamlarının” dilimizdən tədricən çıxarılması, nəticə etibarilə söz toplusunda yaranmış boşluqlar, qərb dillərində mövcud olan müvafiq yazıların tərcüməsində problemlər, maliyyə terminlərindən düzgün istifadə barədə danışmış və iştirakçılar arasında interaktiv sorğu-sual keçirmişdir.

Qeyd edək ki, “Gənc tərcüməçilərə dəstək” müddətsiz layihəsinin icrası AGTA tərəfindən 2011-ci ilin noyabrında başlanıb və hal-hazırda AGTA Gənc Tərcüməçilər Klubu tərəfindən icra edilir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button