“Maliyyə mövzusunda tərcümə: Mövcud çətinliklər”

  • agta
  • Sunday, May 12, 2013
  • Central Park Hotel
1

Mayın 12-də, saat 11.oo-da, AGTA üzvləri üçün “Maliyyə mövzusunda tərcümə: Mövcud çətinliklər” adlı təlim keçiriləcək. Təlim tanınmış sinxron tərcüməçi İsrafil Xakiyev tərəfindən aparılacaq. Tədbir Central Park (S.Rəhimov 165) otelində keçiriləcək.

İştirak QEYDİYYATladır. Yalnız AGTA üzvləri iştirak edə bilər.

Qeydiyyat üçün: gtk@agta.az – a ad, soyadınızı yazın.

MÖVZU:

Maliyyə sahəsində termin qıtlığı, “bazar kəlamlarının” dilimizdən tədricən çıxarılması, nəticə etibarilə söz toplusunda yaranmış boşluqlar qərb dillərində mövcud olan müvafiq yazıların tərcüməsində problemlər yaradır. Üstəlik, bir çox terminin orijinal dildən deyil, rus dilindən tərcümə edilməsi mənanın dolğun çatdırılması baxımından əngəllər törədir. Bu təqdirdə nə etməli? Çıxış yolu varmı?

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button