Ərəb dilində neologizmlər müzakirə edildi

8

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının üzvləri ərəb dili üzrə tanınmış yerli tərcüməçi Bəhlul Nuri ilə görüşdülər. Qonaq çıxışçı “Informasiya inqilabı fonunda ərəb dilinə daxil olan neologizmlər və onların yaranma spesifikası” barədə çıxış etdi. Dünyanın davamlı ədəbi inkişaf yolu keçən ən qədim dillərindən olan ərəb dilinin özünün mədəni arealının xaricində baş verən informasiya inqilabı nəticəsində söz yaradılıcılığının yeniliklərindən kənarda qalmaması, bu mənada, ərəb dilinin bir flektiv canlı orqanizm olaraq öz məntiqinə görə həmin yeni sözləri və leksik vahidləri mümkün qədər özününküləşdirməsi, öz qəlibinə salması qeyd olundu, bu zaman tətbiq olunan yanaşma və metodlar araşdırıldı.

“Gənc tərcüməçilərə dəstək” layihəsi çərçivəsində keçirilən görüş AGTA-nın ərəb dili üzrə ilk tədbiri idi.

We cannot display this gallery

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button