Google şirkətinin müdaxiləsindən sonra İsveç Dil Şurası yaratdığı yeni sözü ləğv etdi

130123-google

ABŞ-ın internet üzrə axtarış nəhəngi “Google” İsveçin Dil Şurasını bu yaxınlarda hazırladığı yeni isveç sözlərindən ibarət siyahıya daxil edilmiş bir sözü çıxarmağa vadar edib.

Dekabr ayında Şura yeni isveç sözlərindən ibarət ənənəvi illik siyahısını təqdim edib. Bu sözlərin içində isveçlilərin 2012-ci ildə istifadə etməyə başladığı “ogooglebar” (‘google-da tapıla bilməyən’) sözü var idi.

Baş ofisi Kaliforniyada yerləşən sözügedən çoxmillətli şirkət isə bundan qəzəblənərək, Şuradan bu sözün tərifinə düzəliş etməyi tələb edib. Tələblərə boyun əyməyən dilçilər isə sözü siyahıdan tamamilə çıxaraq üçüncü yolu seçmiş oldular.

“Əksinə, biz bu gün sözü öz siyahımızdan çıxarırıq və bununla da “Google” şirkətinin dilə nəzarət etmək cəhdinə etirazımızı bildiririk” – deyə Dil Şurasının rəhbəri Ann Cederberg bəyan edib.

Dil Şurasının bildirdiyinə görə, sözün “internetdə axtarış mühərriklərinin köməyi ilə tapıla bilməyən” mənasında işlənməsi nəzərdə tutulmuşdu.

Lakin adının İsveçin rəsmi dil tənzimləmə qurumu tərəfindən vurğulanması “Google” şirkətini heç də sevindirmədi.

Google istəyirdi ki, Şura sözün tərifini daha da konkretləşdirərək, bütün axtarış mühərriklərini deyil, yalnız Google vasitəsilə həyata keçirilən axtarışlara aid edilsin.

Dil Şurasının öz illik siyahısından hansısa sözü çıxarması ilk dəfə baş verirdi. İsveçli dilçilər isə belə hesab edirlər ki, sözün siyahıdan çıxarılması onun dilin özündən çıxarılmalı olduğunu göstərmir.

“Əgər `ogooglebar` sözünü dilimizdə istifadə etmək istəyiriksə, deməli edəcəyik. Sözə məna qazandıran isə təzyiq göstərən çoxmillətli şirkət deyil, bizim sözü istifadə etməyimizdir. Söz azad olmalıdır!” – deyə Cederberg bildirib.

Cederbegin sözlərinə görə, Dil Şurası “Google”-un tələbləri barədə müəyyən güzəştlərə gedə bilərdi, lakin müzakirələr aparmağa üstünlük verib.

“Bu, bizim, ekəcə də dilin prinsiplərinə zidd olardı. Google bir məsələni unudub: dilin inkişafı brend müdafiəsini heç də nəzərə almır”

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button