“…sadəcə taksi sürücülərimizin onlara “qiymət oxumağından” narazılıqlarını bildirirdilər”/Aytən Quliyeva

un1

AYtən Quliyeva AGTA Könüllü Tərcüməçilər Klubunun üzvü, Bakı Slavyan Universitetinin Tərcmüə fakültəsinin tələbəsidir.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Könüllülər klubunun 5 üzvü 7-ci İnternet İdarəçilik Forumunda iştirak etmişdi. Onlardan biri də mən idim. Üzvlərin hər biri kimi mənim də ilk təcrübəm idi. Ona görə həyəcanlı idim.

Forumda 26 ölkənin Rabitə Naziri və başqa xarici qonaqla r iştirak edirdi. Səhər saatlarında bizə ayrılan avtobuslarla Bakı Ekspo Mərkəzinə gedərkən qarşımıza çıxan binalar, un2 abidələr haqqında qonaqlara məlumat verirdik. Baku Ekspo Mərkəzində nahar zamanı milli yeməklərimiz barədə qonaqlarla söhbət aparırdıq. Yemək və şirniyyatlarımızı bəyəndiklərini bizdən gizlətmirdilər. Koordinator-tərcüməçi olduğumuza görə vəziyyəti pisləşən qonağı həkim otağına aparanda tibbi tərcümə də etməli olurduq.

Forumun ilk günü Rabitə Nazirliyinin jurnalisti mənə ardıcıl tərcümə etməyi təklif etdi. Müsahib Tunisin Rabitə Naziri Mongi Marzouk idi. Tərcüməm uğurlu alınsa da, ilk olduğu üçün gərginlikdən 1saat qollarımı tərpədə bilmədim. Növbəti gün İnternet Cəmiyyətinin sədrindən götürülən müsahibəni sualların çoxluğunu nəzərə alaraq digər AGTA üzvü Nərmin Musayeva ilə birlikdə tərcümə etdik. Artıq ilk gündə olduğu kimi həyəcanlı deyildim və işimin mahiyyətini və məsuliyyətini dərk edirdim.

Afrika və Zimbabvedən olan jurnalistlərlə söhbətlərimiz mənim üçün yaddaqalan oldu. Zimbabvedən gələn nümayəndə bizlə bizneslə bağlı söhbət apardı. Onu qurmağın, inkişaf etdirməyin yollarından danışdı. Afrikalılar isə sadəcə taksi sürücülərimizin onlara “qiymət oxumağından” narazılıqlarını bildirirdilər. Biz isə boş vaxtlarımızda BMT-nin sinxron tərcüməçilərinə baxır, onlara qulaq asırdıq.

Forumun sonunda BMT-nin baş katibinin müavini Vu Honqbo bütün könüllülərlə görüşdü, xatirə şəkli çəkdirdi.Onu da qeyd etmək istərdim ki, “Google” şirkətinin vitse-prezidenti Vinton Cerf ilə də görüşümüz oldu. O müsahibə zamanı bir çox dəyərli fikirlər söylədi: “Bu artıq 7-ci İnternet İdarəçiliyi Forumudur. İlk forum 2006-cı ildə keçirilmişdi. İnternet günü-gündən inkişaf edir, dəyişir. Biz əvvəl inanmırdıq ki, etdiyimiz iş uğurlu alınacaq. Lakin hal-hazırda biz onu nə idarə edə bilərik, nə də şəxsi sektorlara bölə bilərik. Çünki internetdən istifadə etmək üçün professional olmaq lazım deyil, təkcə tələbələr belə daxil olur və qeydiyyatdan keçirlər, istədikləri şeyi əlavə edirlər.

Sonra isə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini cənab Elmar Vəliyev bizimlə xatirə şəkli çəkdirdi.

Forumdan sonra isə BMT-nin sertifikatı təqdim olundu. UN3

Bu forum mənə ilk təcrübə və xarici dostlar verdi, işimin mahiyyətini dərk etməyə yardımçı oldu. TƏŞƏKKÜRLƏR AGTA !!!

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button