Beynəlxalq Muğam Festivalında könüllülük təcrübəm…/Afaq Əzizova

032

Afaq Əzizova AGTA Könüllü Tərcüməçilər Klubunun üzvü, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin 2-ci kurs tələbəsidir

Bildiyiniz kimi, mart ayının 9-dan 19-a qədər “Heydər Əliyev Fondu”nun təşkilati dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı adlı tədbir keçirildi.Bu tədbir çərçivəsində mart ayının 18-də Heydər Əliyev Sarayında məşhur ispan flamenko rəqqası Joaquin Cortés (Xoakin Kortes) “Dicen de mi”adlı konsert proqramı ilə çıxış etdi.

Əlbəttə ki ,bu möhtəşəm konsertin baş tutması üçün bir çox proseslər gedir.Bunlardan başlıcası konserti təşkil eləyənlərin, gələn texniki rəhbər və işçilərin ,musiqiçilərin və ən əsası rəqqasın dilini başa düşmək lazım idi.Bu məqamda da biz tərcüməçilərə ,sözsüz, ehtiyac böyükdür.

013

İndi bu tədbirdə tərcüməçi kimi öz rolumdan danışmaq istərdim.Mənə ilk öncə təklif gəldi ki,ispan dilli birr musiqi qrupu gəlir və siz sadəcə texniki işlərin tərcüməsində bizə komək etsəniz sevinərik. Bu mənim üçün böyük praktika olacağına görə qəbul elədim. Bu tədbirdə mədən başqa iki qrup yoldaşım da tərcümə eləyirdi. İlk gün – mart ayının 13-də texniki rəhbər gəldi. Bir çox forumlarda ispandilli qonaqlarla işləməyimə baxmayaraq, düzü , ilk dəfə sırf tərcümə etmək mənim üçün həyəcanlı idi .İlk tərcüməm texniki rəhbərlə Heydər Əliyev sarayının rəhbərliyi və işçiləri arasında oldu.Ayın 17-nə qədər texniki işləri tərcümə etdim. Səhnə quruluşu, pərdələr, işıq, səs, mikrofonlar, alətlərin yeri və s. Bəzən çətin olsa da, konsert uğurlu keçdiyinə görə hərşeyi düzgün tərcümə etmişəm deməkdir. Bunu da qeyd etmək istərdim ki, bizə iş haqqında məlumat verilərkən bildirilmişdi ki , “iki professional tərcüməçi olacaq,siz sadəcə komək edəcəksiniz”.

Martın 17-də artıq musiqiçilər, ifaçılar və ən əsası dünya şöhrətli ispan flamenko rəqqası Joaquin Cortés (Xoakin Kortes ) gəldi. İlk gün X.Korteslə mətbuat konfransı oldu.Tərcümə etmək mənə həvalə olunmuşdu,sadəcə konfransda iştirak edən bütün jurnalistlər rusdilli olduğuna görə mən tərcümə etmədim. Çünki öncədən mən bildirmişdim ki,mən rus dilini tərcümə səviyyəsində bilmirəm. Lakin konsert günü,martın 18-də X.Korteslə “Nargis”jurnalının jurnalistləri arasında olan müsahibədə mən tərcümə etdim.


017 (2)

Beləliklə sarayın rəhbərliyi bildirdi ki,professional tərcüməçilərə ehtiyac yoxdu və X.Kortesin yanında şəxsi tərcüməçisi kimi Afaq, yəni mən gəzəcəm. Bundan sonra Korteslə əlaqəli bütün işləri, ən kiçik alış-verişdən, ən böyük səhnə arxası işlərə kimi mən tərcümə etdim, yalnız rəqqasın deyil, digər musiqiçilərin nitqlərini də tərcümə edirdim. Məşqlərdə bizim rolumuz həqiqətən əvəzolunmaz idi, çünki ispan dili bilən heç kim yox idi.Yalnız texniki rəhbər az da olsa ingilis dilini bilirdi, rəqqasın özü və digər musiqiçilər yalnız ispandilli idi.

Konsert 18 mart saat 20:00-da baş tutdu. Çox uğurlu keçdi. Hətta qeyd etmək istərdim ki, mənim konsertə biletim ola-ola konsertə səhnə arxasından baxmalı oldum , çünki konsert müddəti pərdənin nəvaxt qalxıb, nəvaxt enməsi, işıqlar, tüstü nəvaxt olmalıdı hamısını biz deyirdik. Sonda qonaqlar saraydan çıxana kimi hamısını yola saldıq. Və bu mənim üçün unudulmaz təcrübə oldu.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button