AGTA Gənc Tərcüməçilər Klubu növbəti seminar keçirdi: “Elmi mühitdə tərcümə -3. Simulyasiya”

1

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası “Gənc tərcüməçilərə dəstək” layihəsinin ikinci mövsümündə keçirdiyi silsilə tədbirlərini davam etdirir. Bu gün “Elmi mühitdə tərcümə” seminarlar silsiləsindən “Simulyasiya” adlı 3-cü tədbir keçirildi. 40-dan yuxarı gənc tərcüməçinin iştirakı ilə keçirilən tədbirdə ABŞ-dan olan mikrobioloq alim Ketan Patelin “DNT strukturu və çoxalması” adlı mühazirəsində gənc tərcüməçilər öz bacarıqlarını nümayiş etdirdilər. Daha sonra təcrübəli tərcüməçilər, o cümlədən dinləyicilər tərəfindən gənc tərcüməçilərin tərcümə bacarıqları qiymətləndirildi, nöqsanlar və çatışmazlıqlar qeyd edildi, həmçinin, müxtəlif tərcümə üsulları və çıxış yolları barədə məlumat verildi.

Qeyd edək ki, “Gənc tərcüməçilərə dəstək” müddətsiz layihəsinin icrası AGTA tərəfindən 2011-ci ilin noyabrında başlanıb və hal-hazırda AGTA Gənc Tərcüməçilər Klubu tərəfindən icra edilir.

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button