AGTA “Gənc Tərcüməçilərə Dəstək” layihəsinin ikinci mövsümünə start verdi: “Elmi mühitdə tərcümə-2”

DSCF6351

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) üzvləri martın 2-də ABŞ-dan olan mikrobioloq alim Ketan Patellə görüşüb. “Gənc Tərcüməçilərə Dəstək” layihəsinin ikinci mövsümünün ilk tədbiri olan “Elmi mühitdə tərcümə – 2” adlı seminar qonağın “Elmi tərcümədə çətinliklər” mövzusunda təqdimatı ilə başlayıb.

AGTA-nın Gənc Tərcüməçilər Klubunun (GTK) təşkil etdiyi seminar alimin ötən il eyni mövzuda keçirdiyi seminarın davamı idi. Müxtəlif ölkələrdə mikrobiologiya laboratoriyalarında təlimlər keçmiş K. Patel tərcüməçilərin ən çox üzləşdiyi problemlərdən, uğurlu və uğursuz tərcümələrdən söz açıb. Elmi tərcümədə lüğətlərin vacibliyi, tərcüməçinin terminoloji bilikləri vacib şərt kimi dəyərləndirilib. Elmi laboratoriyalarda tərcüməçilərin rastlaşdığı çətinliklər və bu çətinliklərin öhdəsindən gəlmə yolları üzvlərin diqqətinə çatdırılıb. Şifahi tərcümə zamanı etik, mədəni məsələlərə tərcüməçi münasibətinin vacibliyindən danışan Ketan iştirakçıların suallarını cavablandırıb, onlara öz məsləhətlərini verib.

Tədbirdə qonağın və GTK koordinatoru Tərlan Arzumanovun iştirakı ili simulyativ tərcümə prosesi canlandırıldı və elmi mövzuda şifahi tərcümə prosesi əyani şəkildə iştirakçılara nümayiş etdirilib. Seminarda Könüllü Tərcüməçilər Klubu və Gənc Tərcüməçilər Klubunun üzvləri iştirak ediblər.

We cannot display this gallery

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button