AGTA-nın növbədənkənar Ümumi Yığıncağı keçirildi

8

Fevralın 24-də Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 2-ci Ümumi Yığıncağı keçirildi. Təşkilatın dövlət qeydiyyatına alınması ilə bağlı olaraq növbədənkənar keçirilən Yığıncaq açıq səsvermə yolu ilə təşkilatın, sədri, sədr müavinləri, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının seçilməsi ilə başladı və 2 il müddətinə aşağıdakı heyət müəyyən edildi:

İdarə heyəti:
Sədr – İsmayıl Cəbrayılov
Sədr müavini – İsrafil Xakiyev
Sədr müavini – Nərmin Məmmədova
İdarə Heyətinin üzvü – Şəhla Ağalarova
İdarə Heyətinin üzvü – Rəşad Hüseynov

Nəzarət-Təftiş Komissiyası:
Sədr – Günel Təhməzaddə
Üzvlər: Əli Əhmədov, Anar Bayramov, Elvin Nurəddinli ,Nuriyyə Quliyeva

Tədbir ötən müddət ərzində görülən işlərin, eləcə də cari məsələlərin və gələcək fəaliyyətin müzakirəsi ilə davam etdi. AGTA sədri İsmayıl Cəbrayılov təşkilatın 1 ildən yuxarı davam edən fəaliyyəti, dövlət qeydiyyatına alınması, Beynəlxalq Tərcüməçilər Federasiyasına üzvlük barədə məlumat verdikdən sonra koordinatorlar Nərmin Məmmədova və Günel Əbilova müvafiq olaraq Könüllü Tərcüməçilər və Bədii Tərcümə klubunun fəaliyyətin haqda məlumat verdi. Bunun ardınca davam edən fəal müzakirələr zamanı təşkilatın üzvləri mövcud klubların fəaliyyətini qiymətləndirdilər, öz rəy və təkliflərini, iradlarını səsləndirdilər. Peşəkar Tərcüməçilər Klubunun qurulması və İKT üzrə işçi qrupun yaradılması, könüllülərlə işin gücləndirilməsi qəbul edilən qərarlar arasında oldu.

Ümumi Yığıncaq 2013-cü il üçün fəaliyyət planının təsdiqlənməsi ilə yekunlaşdırıldı.

Xatırladaq ki, AGTA-nın ilk Ümumi Yığıncağı ötən ilin aprel ayında keçirilmişdi. Lakin AGTA-nın həmin ilin noyabrında dövlət qeydiyyatına alınması ilə əlaqədar İdarə Heyəti növbədənkənar Ümumi Yığıncaq keçirməyi qərara aldı.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button