AGTA Gənclər Təşkilatlarının IV Respublika Sərgisində iştirak edir

sergi

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Gənclər Təşkilatlarının IV Respublika Sərgisində iştirak edir. Noyabrın 28-dən 30-dək davam edəcək sərgidə AGTA  üçün ayrılmış stenddə təşkilatın fəaliyyəti, həyata keçirilən layihələri haqqında məlumatlar nümayiş etdirilir. Xüsusi bukletlər və flayerlərdə AGTA-nın özü, klubları, gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında bilgilər əks olunub. AGTA stendinə yaxınlaşan ziyarətçilər, əsasən təşkilata üzvlük qaydaları, həyata keçirilən və planlaşdırılan layihələrlə maraqlanır, onları maraqlandıran məsələlərlə bağlı suallarını təşkilat təmsilçilərinə ünvanlayırlar.

Qeyd edək ki, noyabrın 28-də başlayan Gənclər təşkilatlarının IV Respublika sərgisi “Bakı Ekspo” sərgi mərkəzində keçirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İteca Caspian MMC şirkətinin təşkilatçılığı ilə keçirilən sərgdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 80-dək gənclər təşkilatının fəaliyyəti nümayiş olunur.

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button