TƏRCÜMƏ – MƏDƏNİYYƏTLƏRARASI KOMMUNİKASİYA VASİTƏSİ KİMİ

12

Sentyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə Beynəlxalq Tərcümə Günü və AGTA-nın yaranmasının 1 illiyi münasibətilə “Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” mövzusunda konfrans keçirilib.

Konfransı AGTA-nın sədri İsmayıl Cəbrayılov açıb və təşkilatın fəaliyyəti qısa məlunmat verib. O bidlirib ki, təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməıçilər arasında kommunikasiya qurmaqdır: “Eləcə də tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq və mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkəmizin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir”.

Daha sonra AGTA-nın 1 illik fəaliyyətini əks etdirən videoçarx iştirakçılara təqdim edilib. Video süjetin nümayişindən sonra konfransın gündəliyinə əsasən “Tərcüməçilərin təşkilatlanması” panel müzakirəsi başlayıb. Azərbaycan Dillər Universitetinin professoru Çərkəz Qurbanlı çıxışında tərcüməçiliyin çətinliklərindən danışıb. O bildirib ki, tərcüməçilərin işinə ciddi yanaşmaq lazımdır: “Çox adam düşünür ki, bu, çox asan işdir. Amma əksinə, tərcüməçilik çox ağır peşədir və buna layiqincə qiymət verilməlidir. Çünki mədəniyyətlərarası kommunikasiya lazım olanda tərcüməçilərə ehtiyac duyulur. Buna görə də tərcüməçilərin, onların peşəkar fəaliyyətinin rolu böyükdür”.

AGTA İdarə Heyətinin üzvü İsrafil Xakiyev isə bəzi tərcüməçilərin buraxdığı səhvlərdən şikayətlənib: “Bu sahədə bir sıra problemlər var ki, onun həlli təşkilatlanmadan keçir. Gəncləri bir yerə toplamaq asandır. Amma onları təşkilatlandırmaq asan iş deyil. Ona görə də bu təşəbbüs təqdirəlayiqdir”. Tərcüməçi olmaq istəyənlərin əsas probleminə gəlincə isə İ. Xakiyev bildirib ki, əsas problem təcrübənin olmamasıdır: “Tərcüməçilərə nəzəriyyə öyrədilir, amma təcrübə çox zəifdir. Sinxron tərcüməçi olmaq istəyən və 3-cü kursda təhsil alan tərcüməçi 5 dəqiqə tərcümə edə bilmir, bu fəlakətdir”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Zaur Həsənov çıxışında AGTA – nı təbrik edib və nazirliklə əməkdaşçlıq edən AGTA üzvlərinı təşəkkürünü bildirib.

Konfransın Azərbaycanda tərcümə təhsili panel müzakirəsində çıxışında Azərbaycan Dillər Universiteti (ADU) Tərcümə kafedrasının müdiri Fialə Abdullayeva ADU-da sinxron tərcüməçi hazırlığından bəhs edib.

Bakı Slavyan Universitetinin nümayəndəsi İslam Ağakərimov çalışdığı universitetdə tərcümənin tədrisindən danışıb: “Bakı Slavyan Universitetində metodika iki istiqamətdə gedir. Tələbələrimiz xaricə gedir və oradan mütəxəssislər gəlir. Eyni zamanda monoqrafiyalar, dərsliklər nəşr olunur”.

Konfransın Azərbaycanda bədii tərcümə problemləri panel müzakirəsində Günel Mövlud, Seymur Baycan, Əkrəm Əylisli və Şahbaz Xuduoğlu ilə iştirakçılar arasında fikir mübadiləsi və diskussiya olub.

 

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button