AGTA-nın 1-ci Ümumi Yığıncağı keçirildi

Mayın 5-də, Diplomat Oteldə, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 1-ci Ümumi Yığıncağı Keçirildi.

58 nəfər üzvün iştirak etdiyi Ümumi Yığıncaq AGTA Sədri İsmayıl Cəbrayılovun AGTA-nın 7 aylıq fəaliyyətini əhatə edən (1 oktyabr – 30 aprel) hesabat-məruzəsinin dinlənilməsi ilə başladı. O, AGTA-nın gənc tərcüməçilər üçün keçirdiyi təlim və görüşlər, keçirilən layihələr, təşkilatın yerli və beynəlxalq əlaqələri, təqdim olunmuş Davranış Kodeksi haqqında məlumat verdi.

Daha sonra sədr vəzifəsinə seçkilər keçirildi. İsmayıl Cəbrayılov 2 il müddətinə AGTA sədri vəzifəsinə seçildi.

İdarə Heyətinə seçkilərdə 7 nəfərin namizədliyi gizli səsvermə yolu ilə səs qoyuldu. 5 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi (İsrafil Xakiyev, Elmar Fərəcov, Nərmin Məmmədova, Günel Məmmədova, Rəşad Hüseynov).

Son olaraq, Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirildi və NTK 5 nəfərdən ibarət tərkibdə (Günel Təhməzzadə, Günay Əhmədli, Nurgül Hüseynzadə, İmaməli Qasımov, Möhsüm Möhsümzadə) təsdiq olundu.

Tədbirin sonunda cari məsələlər, təşkilatın gələcək fəaliyyət planı müzakirə olundu. AGTA-nın İdarə Heyətinə Beynəlxalq Tərcüməçilər Federasiyanına üzvlük üçün gərəkli tədbirləri həyata keçirmək tapşırıldı.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button