AGTA “GƏNC TƏRCÜMƏÇİLƏRƏ DƏSTƏK” LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ İKİNCİ TƏDBİRİNİ KEÇİRDİ

Sinxron tərcüməçilik ən stressli peşələr siyahısında ilk yeri tutur

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) fevralın 25-də RATİ-nin Media Mərkəzində “Gənc Tərcüməçilərə Dəstək”  layihəsi çərçivəsində ikinci tədbirini keçirdi. Peşəkar sinxron tərcüməçi Turan Əliyev“Tərcümə dünyasına giriş” adlı təqdimatda sinxron tərcüməçiliyin əsasları, bu peşə üzrə mühüm xüsusiyyətlər, tərcüməçilərin qida rasionu, asudə vaxtını səmərəli keçirmək üçün yollar barədə maraqlı məlumat verdi. Belə ki, tərcüməçilər üçün ən mühüm qida Omega -3 (yağ turşusu) olan məhsullardır. Turan Əliyevin məlumatına görə, yağlı xörəklər tərcüməçilər üçün ən arzuedilməz qidadır. Əslində sadə görünsə də, alimlərin araşdırmalarına görə, sinxron tərcümə stresli sənət növləri arasında ilk sıradadır. Maraqlıdır ki, bu siyahıda aviadispetçerlik ikinci, ürək cərrahlığı isə  üçüncü yerdədir.

Tədqimatdan sonra gənc tərcüməçilər suallarla Turan Əliyevə müraciət edərək, onları maraqlandıran mövzular barədə məlumat aldılar.

Tədbirin sonunda AGTA-nın rəhbəri İsmayıl Cəbrayılov bildirib ki, “Gənc Tərcüməçilərə Dəstək” layihəsi çərçivəsində bu kimi görüşlər davam edəcək və hər görüş tərcümənin müxtəlif problemlərinə həsr ediləcək.

Xatırladaq ki, AGTA 30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günündə bir qrup gənc tərcüməçi tərəfindən yaradılıb. Təşkilatın məqsədi tərcüməçilər arasında kommunikasiya qurmaq, gənc tərcüməçiləri dəstəkləmək, həmçinin  mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin inkişafına dəstək olmaq məqsədilə yaradılmışdır. Artıq təşkilata 130-dan çox gənc tərcüməçi qoşulub.

 

Tədbirdən şəkillər:


Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button