ELMİ MÜHİTDƏ TƏRCÜMƏ

si10

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası bu gün (19 noyabr) gənc tərcüməçilərə dəstək üçün INTERPRETING IN SCIENTIFIC ENVIRONMENTS adlı tədbir keçirdi.

AGTA üzvlərinin iştirak etdiyi, dəyirmi masa formasında keçirilən tədbir mikrobioloq alim Dr.Ketan Patelin hazırladığı təqdimatla başladı. Azərbaycanda və bir sıra post-sovet ölkələrində müasir mikrobioloji metodların laboratoriyalada tətbiqi ilə bağlı ardıcıl təlimlər keçən komandanın üzvü olan cənab Patel təlimlərdə rastlaşdığı tərcümə problemləri, tərcüməçilərin üzləşdiyi çətinliklərlə bağlı təqdimatla çıxış etdi və gənc tərcüməçilərə öz tövsiyələrini verdi. Təqdimat sual-cavab bölməsi ilə davam etdi və gənc tərcüməçiləri maraqlandıran suallara cavab verildi.

Keçirilən tədbir AGTA-nın başlıca missiyalarından biri olan – gənc tərcüməçilərə hərtərəfli dəstəyin təmin edilməsi məqsədinə xidmət edir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button